Rusiya krediti də bəs etmədi – Ermənistan digər ölkələrdən silah almaq istəyir

27 Yanvar, 16:42

Ermənistan Rusiya tərəfi ilə 200 milyon dollar kredit çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirəcək.



VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu müdafiə naziri Vigen Sarkisyan deyib.

Nazir qeyd edib: “Rusiya ilə qarşılıqlı fəaliyyət və KTMT çərçivəsində aldıqlarımız silahlı qüvvələrimizin ən müasir silahlara olan ehtiyacını ödəyə bilmir.

Buna görə də biz həm Rusiya bazarında, həm də digər ölkələrdən olan tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində silahlı qüvvələrimizin ehtiyacını qarşılamaq üçün bütün imkanlardan istifadə edirik”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here