“Azərişıq” ASC Asiya İnkişaf Bankının Azərbaycanda enerji sisteminin yenilənməsi üzrə proqramı çərçivəsində 6 yarımstansiyanın tikilməsi və təchizatını planlaşdırır.
VOİCEPRESS-in məlumatına görə, proqram çərçivəsində 35/10 kVt gücündə “İlisu”, “Oğuz”, “Şamaxı”, “Əlvədi”, “Səpnəkəran” və “Pirsaat” yarımstansiyalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, proqramın həyata keçirilməsi ilə əlaqədar “Azərişıq” ASC tərəfindən tender elan olunub.
VOİCEPRESS.AZ