Azərbaycanda 3 tələbə dəm qazından zəhərlənib

314234

Gəncədə dəm qazından zəhərlənmə olub. Hadisə bu gün axşam saatlarında baş verib.

VOİCEPRESS ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncə Dövlət Universtetinin tələbələri Bakı şəhər sakini 20 yaşlı Yasin Səfərəliyev, Qax rayon sakinləri 19 yaşlı Cavidan İsaqlı və onun həmyerlisi 19 yaşlı Elməddin Kamallı kirayədə qaldıqları Nəriman Nərimanov prospekti, ev 4 ünvanında dəm qazından zəhərlənib.

Dərhal xəstəxanaya yerləşdirilən hər üç tələbəyə tibbi yardım göstərilib və vəziyyətləri kafidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here