Azərbaycanda 100 min hektarlıq nəhəng park salınır

19 Yanvar, 20:22

Azərbaycanda bioloji müxtəlifliyin qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin (XMOTƏ) şəbəkəsinin genişləndirilməsi və mövcud şəbəkələrdə mühafizə işinin təşkili, o cümlədən milli parklarda ekoturizmin inkişafına xüsusi diqqət yetirilir. Ötən il bioloji müxtəliflyin qorunması və inkişafı sahəsində aparılan işlər davam etdirilib. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. XMOTƏ-nin sahəsi 893 min hektardır. Bu da Azərbaycan ərazisinin 10.3 faizini təşkil edir. Yeni ərazilərin yaradılması, bəzi ərazilərə qoruq, milli park statusu verilməsi istiqamətində işlər gedir.

VOİCEPRESS xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə məlumat verib.
Azərbaycanın cənub regionunda sahəsi 88 min hektar olan Qızılağac Dövlət Təbiət Qoruğu fəaliyyət göstərir. Qoruq həm turizm baxımından önəmlidir, həm də qiymətli quş, balıq növlərinin qışlama yeridir. H.Əlizadə bildirib ki, qoruğun ərazisində sahəsi 100 min hektar olan Qızılağac Milli Parkının yaradılması istiqamətində işlər aparılır. Yaxın illərdə işlər yekunlaşacaq və milli parkın müəyyən hissəsi ekoturistlərin üzünə açıq olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here