“Rusiya ATƏT ərazisindəki böhranların həll olunmasında həlledici rol oynayır”.
VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.
Qeyd edək ki, bu gün Moskvada Avstriyanın xarici işlər naziri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov görüşəcək.
Nazirlər görüş zamanı Suriyadakı vəziyyət, Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.
VOİCEPRESS.AZ