Avstraliyalı müsəlmanlar hicablı aksiya keçirәcәk

21 Yanvar, 09:48

Avstraliyada “Avstraliya günü” üçün reklam lövhələrində asılan iki müsəlman qızın şəkillərinin olduğu afişalar, irqçilərin etirazları səbəbilə çıxarılsa da, başladılan yeni kampaniya ilə daha çox reklam lövhələrinə yerləşdiriləcək.

VOİCEPRESS xarici KİV-ə istinadən bildirir ki, ölkədə hər il yanvarın 26-da rəsmi bayram mərasimi kimi qeyd olunan “Avstraliya günü” üçün hazırlanan reklam lövhələrində, Avstraliya bayraqları geyinən iki hicablı qızın fotoşəkillərinin olduğu afişalar də yerləşdirilmişdir.

Melburnun Kranburn rayonunda yerləşən reklam lövhələrindəki bu afişalar irqçilərdən gələn reaksiya və hədələr səbəbilə yığışdırılıb.

Afişaların çıxarılmasına reaksiya verən avstraliyalılar sosial şəbəkədə bu afişaları yenidən və daha çox sayda yerləşdirilməsi üçün kampaniyaya başlayıblar. Kampaniyaya 24 saat içində 125 min Avstraliya dolları pul toplanıb.

Kampaniyanı təşkil edən avstraliyalı Di Madiqan, afişanın bir neçə gün ərzində həm Melburnda, həm də ölkədəki digər şəhərlərdə yenidən asılacağını bildirib.

Madiqan Avstraliyanın ABC televiziyasına açıqlama verərək, kampaniya müddətinin çox gərgin keçdiyini bildirib. “Bir afişanı çıxarmaq üçün təzyiq etdilər, biz də bunun üçün daha 20 afişanı asacağıq”, – deyə o bildirib.

Reklam lövhələrindəki şəkillərə verilən reaksiyaya Viktoria ştatının mədəniyyət naziri Robin Skot da tənqid edib: “Qələbə kimi qeyd etdiyimiz “Avstraliya günü”nün nə olduğunu yenidən araşdırmalıyıq. Bu ölkəni birləşdirən çox müxtəlif və fərqli mədəniyyətlərdən ibarət insanların cəmidir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here