72 yaşlı İngiltərə vətəndaşı müsəlman oldu

21 Yanvar, 09:46

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda məskunlaşan İngiltərə əsilli 72 yaşlı Terens Kinsaid İslam dinini qəbul edərək, müsəlman olub.

VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, 10 ildir Bodrumda yaşayan Kinsaid, müsəlman dostlarından təsirlənərək, İslam dinini qəbul etməyə qərar verdiyini bildirib.

Bodrum Müftilər İdarəsi Kinsaidin İslam dinini qəbul etməsi münasibətilə xüsusi mərasim keçirib. Mərasimdə kəlimeyi şəhadət deyən Kinsaidin, özü üçün Harun adını seçib müsəlman olub.

Bodrumun müftisi Əli Ünal yenicə İslam dinini qəbul etmiş ingiltərəli Haruna Qurani-Kərim vә müxtəli dini kitablar hədiyyə edib. Harunun mart ayında Bodrumdakı bir dostuyla Məkkəyə ümrə ziyarətinə getmək üçün müraciət etdiyi bildirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here