AŞPA-da Qənirə Paşayevadan ÇAĞIRIŞ: “Şəhidimiz və girovlarımız geri qaytarılsın!”

24 Yanvar, 16:27

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Çingiz Qurbanov, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı çağırış edib.
VOİCEPRESS-in məlumatına görə, AŞPA-da “Azad müzakirələr” zamanı çıxış edən Q.Paşayeva ilk öncə şəhid Çingiz Qurbanovla bağlı danışaraq AŞPA-nı onun cəsədinin Azərbaycana qaytarılması istiqamətində səylərini artırmağa çağırıb.

“Baş katib cənab Yaqlanda təşəkkür edirəm. Çünki Avropa Şurasının Baş katibi dekabrın sonunda Azərbaycan -Ermənistan sərhədində silahlı toqquşma zamanı şəhid olmuş azərbaycanlı əsgər Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı narahatlıq ifadə edib və cəsədin təxirə salınmadan geri qaytarılmasına çağırış edib. Bununla bağlı Azərbaycan dövləti və Qırmızı Xaç Komitəsinin də çalışmaları var, amma təəssüf ki bu günə qədər müsbət bir irəliləyiş yoxdur. Biz buradan cənab Yaqlandın çağırışına müsbət cavab verilməsinə və cəsədin geri qaytarılmasına çağırırıq”.

Millət vəkili çıxışında Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də azad edilməməsi məsələsinə xüsusi diqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb.

“Biz cənab Yaqlanda və cənab Aqramunda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdikləri açıqlamalara və çalışmalarına görə də təşəkkür edirik. Təəssüf ki, onların azadlığa buraxılması istiqamətində də hələ ki heç bir müsbət irəliəyiş yoxdur. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi onların azadlığa buraxılması istiqamətində Assambleyamızdan səyləri daha da artırmalarını gözləyirlər”.

Q.Paşayeva AŞPA-da Azərbaycan əlehinə və nümayəndə heyətimiz əlehinə fikirlərlə çıxış edən Ermənistan deputatı Farmanyanada da cavab verib.
“Onun Azərbaycan əlehinə, Azərbaycan nümayəndə heyəti əlehinə doğru olmayan, yanlış fikirlərini kəskin qınayırıq və Assambleyamıza bu cür doğru olmayan fikirlərin söylənməsinin çox yanlış olduğunu xüsusi vurğulamaq istəyirlk”.

Q.Paşayeva getdikcə artan terror hadisələrindən də danışıb və terrora qarşı birgə mübarizənin önəmindən və ikili standartlardan əl çəkilməsinin vacibliyindən bəhs edib: ”Dünyamız və Avropa çox ağır günlərdən keçir. Bunun səbəbi təkcə dünyada artan iqtisadi böhranlar deyil. Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları, artan terror bizi çox ciddi narahat etməlidir. Artıq heç bir Avropa ölkəsi vətəndaşları özlərini terorrdan təhlükəsiz hiss edə bilmirlər. Bu mövzuları daha çox müzakirə edərək səbəblərə qarşı birgə mübarizə aparmalıyıq. Bu artan gərginliklər fonunda təcili addımlar atmasaq, çox yaxın gələcəkdə bizi gözləyən daha dəhşətli böhranların fərqində olmalıyıq. Terrora qarşı mübarizəmizi birlikdə daha da gücləndirməliyik. Terrora qarşı mübarizədə ikili standartlara yol verilməməlidir, buna son qoyulmalıdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here