Gürcüstanın tanınmış futbol siması Şota Arveladze “Maccabi Tel Aviv” klubunun baş məşqçi postunu tərk edir.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis rəhbərliklə müqaviləni qarşılıqlı razılıq əsasında pozmağı razılaşdırıb. O, iyunda Təl Əviv təmsilçisinin sükanı arxasına keçmişdi. Həmin vaxt onun adı “Neftçi”nin ətrafında da hallanırdı.
VOİCEPRESS.AZ