ABŞ-da silahlı insident baş verib, ölənlər var

6 Yanvar, 22:39

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

VOİCEPRESS-in “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

NBC telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here