“2016-cı təqvim ilində Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində 26 məktəb direktoru tutduqları vəzifədən azad edilib”.
İdarənin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, eyni zamanda, rəsmi məlumatda 5 direktor müavini və 5 müəllimin işdən kənarlaşdırıldığı qeyd edilib.
Bundan başqa 2015-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 19 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi ləğv edilib:
“Əmək müqavilələrinin ləğv olunması əsasən, çalışmanın yaş həddinə çatma, təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunmuş faktlar, şəxsin öz xahişi, vəfat etmə və vəzifə funksiyalarının yerinə yetirilməməsi səbəbləri ilə bağlıdır”.
VOİCEPRESS.AZ