Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyası 2017-ci ili İnkişaf Naminə Beynəlxalq Davamlı Turizm İli elan edib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, açılış mərasiminin rəsmi hissəsində çıxış edən BMÜTT-nin baş katibi Taleb Rifai qeyd etmişdir ki, bu il davamlı turizmin inkişafa verdiyi töhfə üzrə dövlət və özəl sektor rəhbərləri və cəmiyyət arasında məlumatlılığı artırmaq və turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün bütün maraqlı tərəfləri birgə fəaliyyətdə səfərbər etməkdə unikal imkandır. Daha sonra Gürcüstanın baş naziri, Hondurasın vitse-prezidenti, İspaniyanın xarici işlər naziri çıxış edərək sözügedən ilin əhəmiyyətini vurğulamışlar.
Ümumiyyətlə, 2017 Beynəlxalq Davamlı Turizm İli inklüziv və davamlı iqtisadi artım; sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması; resurslardan effektiv istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik kimi 5 əsas sahə üzrə turizmin rolunun öyrənilməsi və vurğulanmasını nəzərdə tutur.
Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev FİTUR sərgisinə baş çəkmiş və bir sıra ölkələrin təmsilçiləri ilə ikitərəfli müzakirələr aparmışdır. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilmişdir.
VOİCEPRESS.AZ