20 yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş olunacaq

11 Yanvar, 19:03

Bir neçə gündən sonra müdhiş qanlı yanvar faciəsinin 27-ci ildönümü tamam olur.

ADGTT-da yanvarın 20-də yazıçı-dramaturq Tamara Vəliyevanın yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.
Tamaşa Prezident Adminstrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşacaq.

Teatrın mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda həyatlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Tamaşada “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyinin üzvləri, ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdləri iştirak edəcəklər.
Səhnə əsərinin quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.
Tamaşa yanvar ayının 20-də, saat 15.00-da nümayiş olunacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here