DOLAR
49,73 ₺
EURO
55,68 ₺
STERLİN
66,63 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
ИНТЕРВЬЮ Политика Экономика Интервью Анализ Планета Спорт Страна ЯНПРЕСС Манжэт
Menü
Язык
Русский Azerbaycan

Milli Mətbuat Günü Beynəlxalq Qalereyada qeyd olundu – FOTOLAR

22 iyul – Milli Mətbuat Günü münasibətilə Beynəlxalq Qalereyada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Azərbaycan Jurnalistlər Birliyinin 70 illiyi…

|
Milli Mətbuat Günü Beynəlxalq Qalereyada qeyd olundu – FOTOLAR

22 iyul – Milli Mətbuat Günü münasibətilə Beynəlxalq Qalereyada Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Azərbaycan Jurnalistlər Birliyinin 70 illiyi ilə əlaqədar tədbir keçirilib. Layihə rəhbəri Aygün Əzizovanın təşkilatçılığı ilə baş tutan tədbirdə bir qrup media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir zamanı Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, AzTV-nin əməkdaşı Sevda Hüseyn, “Təzadlar” qəzetinin əməkdaşı Yasəmən Məmmədova, XeberTime.az saytının rəhbəri Yeganə Telmanqızı, Xeberekspress.az saytının operatoru Xatirə Məmmədova, Yenicag.az saytının müxbiri Çebotaryova Cəmilə İspatovna, Asya TV-nin rəhbəri Cəfər Cəfərov, Avropa.info saytının rəhbəri Rəsul Mirhəşimli, İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov, tibb polkovniki və rəssam Nurəddin Məmmədov, Trend.az saytının əməkdaşı Çingiz Abdullayev və əməkdar artist Səlim Abbasov Beynəlxalq Qalereya ilə əməkdaşlığa görə diplomlarla təltif olunublar.

Tədbirin sonunda xatirə fotoları çəkilib və iştirakçılar çay süfrəsi ətrafında səmimi söhbətlər aparıblar.