Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı gücləndirir

4 Noyabr, 21:04

Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcək.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hər iki dövlətin Müdafiə nazirliklərinin yüksək rütbəli nümayəndələri – Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan və onun rusiyalı həmkarı Aleksandr Fomin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə baxıblar.

Bildirilib ki, tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.