Ermənistan və Rusiya hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər iki dövlətin Müdafiə nazirliklərinin yüksək rütbəli nümayəndələri – Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan və onun rusiyalı həmkarı Aleksandr Fomin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə baxıblar.
Bildirilib ki, tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.







