Britaniya Ukraynaya uzaqmənzilli raket sistemləri göndərəcək

6 İyun, 13:51

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Rusiyanın Qərbi təhdid etməsinə baxmayaraq, Ukraynaya uzaqmənzilli raketlər göndərir.

Voicepress.az Anadolun Agentliyinə istinadən xəbər verir ki, Rusiyanın aprel ayından sonra birinci dəfə Kiyevə atəş açmasından sonra Britaniya Ukraynaya uzaqmənzilli raket sistemləri göndərəcəyini açıqlayıb. Uolles izah edib ki, M270 reaktiv yaylım atəş sistemi Ukraynaya özünü Rusiyadan müdafiə etməkdə kömək edəcək. Ölkəsinin Ukraynanın haqsız işğala qarşı müdafiə olunması üçün lazım olan mühüm silahları təmin etməkdə qəhrəman qoşunlarından dəstəklərini əsirgəməyəcəklərini qeyd edən Uolles: “Rusiyanın taktikası dəyişdikcə, Ukraynaya dəstəyimiz də dəyişməlidir” deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ da Ukraynaya uzaqmənzilli raket  sistemlər göndərəcəyini, Rusiya prezidenti Vladimir Putin isə Ukraynada yeni hədəfləri vuracaqlarını açıqlamışdı. Bu açıqlamadan sonra Rusiya apreldən bəri ilk dəfə iyunun 5-də Ukraynanın paytaxtı Kiyevə zərbə endirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb və güclü müqavimətdən sonra Kiyevdən geri çəkilən Rusiya qüvvələri Donbas bölgəsinə fokuslanıb.

\voicepress.az\