“Biz pis hərəkət etdik, uşaqlarımızın uşaqlığını, gəncliyini oğurladıq, indi hər şeyi bərpa etmək lazımdır”.
Voicepress.az xəbər verir ki, bunu İrəvanın Fransa meydanında jurnalistlərə müsahibəsində oğlu 44 günlük müharibədə həlak olan “Ermənistan” blokunun deputatı Qeqam Nəzəryan deyib.
“Mən əlimdən gələni edəcəyəm ki, daha 18 yaşlı yeniyetmələr müharibələrdə ölməsin. Hər ailədə ən azı 3 uşaq doğulsun ki, yaxın gələcəkdə 5 milyonluq əhalimiz olsun. İstəyirəm uşaqlar təkcə fiziki deyil, həm də mənəvi və əqli cəhətdən sağlam olsunlar. Biz pis hərəkət etdik, uşaqlarımızın uşaqlığını, gəncliyini oğurladıq, indi hər şeyi bərpa etmək lazımdır. Allahdan övladlarımıza belə bir vətən nəsib etməsini diləyirəm” deyən Nəzəryan fikrini belə yekunlaşdırıb: “Erməni uşaqları şəhərlərimizi sevsinlər ki, Şuşaya qaçsınlar. Bu mütləq olacaq”.
\voicepress.az\








