ABŞ-da xəstəxanaya silahlı hücum olub

2 İyun, 09:16

ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində xəstəxanaya silahlı hücum nəticəsində 4 nəfər həlak olub.

Voicepress.az xəbər verir ki, ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində xəstəxanada baş verən atışmada hücumçu da daxil olmaqla ən azı 5 nəfərin öldüyü bildirilib.

Tulsa Polis Departamentinin sosial media hesabından verilən məlumata görə, St. Francis Hospital şəhərciyinə tüfənglə daxil olan şəxs atəş açıb.

Xəstəxana şəhərciyində araşdırmaların davam etdiyi bildirilib.

\voicepress.az\