Şoyqu: “KTMT-yə üzv dövlətlər Qərb ölkələri tərəfindən şantaj olunur”

24 May, 16:15

“Qərb ölkələri KTMT-yə üzv dövlətlərə qarşı şantaj və intriqalarla məşğuldur”

Voicepress.az Rus mediasına istinadən xəbər verir ki, bunu KTMT Müdafiə Nazirləri Şurasının iclasında  Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O, qeyd edib ki, Qərb ölkələri KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmaq üçün məqsədyönlü iş aparır: “ Müttəfiqlərimizə nə qədər təzyiq edildiyini bilirik. Gizli təhdidlər, şantaj, intriqalardan istifadə edilir”..

Onun sözlərinə görə, bu vəziyyətdə KTMT üzvlərindən daha böyük birlik tələb olunur. Eyni zamanda, Rusiya müttəfiqlərinə təhdidlərin neytrallaşdırılması və suverenliyin müdafiəsi üçün lazımi köməklik göstərəcək.

\voicepress.az\