“Avropa İttifaqı Şurasının sədri Şarl Mişel tarazlığı qorumağı planlaşdırıldığı üçün bəyanatda “Dağlıq Qarabağ” ifadəsini işlətməkdən yayınıb”.
Voicepress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyan deyib. O, bildirib ki, Aİ Ermənistan və Azərbaycanla öz maraqlarını balanslaşdırır: “Onun lüğət tərkibi dəyişir. Aİ sadəcə oyunçudur. Onun həm Ermənistanda, həm də Azərbaycanda öz maraqları var”.
\voicepress.az\








