Millət vəkilindən Ermənistanın keçmiş insan haqları müvəkkilinə cavab

12 May, 13:09

“Azərbaycan və Ermənistan sərhədləri delimitasiya zamanı Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi avtomatik olaraq Azərbaycana qaytarılmalıdır”.

Voicepress.az-ın verdiyi xəbərə görə, bu sözləri millət vəkili  Vüqar İsgəndərov Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin ermənilər tərəfindən işğal edildiyi bu torpaqların Azərbaycana qaytarılmalı olduğuna dair bəyanatına Ermənistanın reaksiyasını şərh edib.

Millət vəkilinin  sözlərinə görə, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi həm Sovetlər İttifaqında, həm də əvvəlki dövrdə Azərbaycanın halal torpaqları olub:

“Türk düşməni, keçmiş insan haqları müvəkkili Totayan bildirib ki, Naxçıvanın Qazaxın 7 kəndi və Kərki kəndi tarixi erməni torpaqlarıdır və  bu torpaqların Azərbaycana verilməyəcəyini” söyləyib.

Bu cür fikirlər uydurma erməni tarixçilərinin, sıradan çıxmış  türk düşməninin və faşist baxışlı birinin təxəyyülündən başqa bir şey deyil. Görünən odur ki, hazırda diplomatiya sahəsində stolüstü müharibə gedir. Azərbaycan da bu müharibədə haqqı, ədaləti müdafiə edən tərəfdir. Azərbaycan öz tarixi torpaqlarını döyüşərək geri qaytardı, Azərbaycan beynəlxalq hüququ, ədaləti bərpa etdi.

Bu gün beynəlxalq hüquq, norma və prinsiplər Azərbaycanın xeyrinədir. Bu məsələlərə beynəlxalq hüquqa əsaslanan məsələlər də daxildir. Azərbaycan həm regional, həm də dünya miqyasında tanınan bir ölkədir. Ordusu və iqtisadiyyatı ilə hər sahədə Ermənistandan qat-qat güclüdür. Ona görə də Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşma prosesini pozmamalıdır. Çünki Azərbaycan regionda sabitliyi və sülhü təmin etmək əzmindədir. Bu yolda da onun qarşısında heç bir maneə dayana bilməz…”

 

Ülkər Fərmanqızı \voicepress.az\