Ermənistanın keçmiş ombdsmanı Azərbaycan XİN-nin bəyanatına etiraz etdi: “Bunlar tarixi erməni torpaqlarıdır”

10 May, 15:18

Ermənsitanın keçmiş ombdsmanı Arman Tatoyan Qazaxın 7 kəndi və Kərkinin delimitasiya yolu ilə qaytarılması ilə bağlı  xarici işlər nazirinin müavini Xələf Xələfovun bu gün verdiyi bəyanata etiraz edib.

 Voicepress.az xəbər verir ki, Arman Tatoyan Facebook səhifəsində, bu gün Azərbaycanın Qazaxın 7 kəndi və Kərkinin delimitasiya yolu ilə Azərbaycana qaytarılacağı barədə bəyanatlarının Ermənistan üçün üçün qətiyyən qəbuledilməz olduğunu qeyd edib. O xüsusilə vurğulayıb ki:

“Bu bəyanat dağıdıcı təhdidlərlə doludur. Kütləvi hüquq pozuntularına yol açacaq, əhalimizin dincliyi pozulacaq. Qazax rayonun adı çəkilən kəndləri və Kərki Sovet Ermənistanının tərkib hissəsi idi. Bunlar tarixi erməni torpaqlarıdır.”

Qeyd edək ki, bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında  Qazaxın 7 kəndi və Kərkinin qaytarılmasının delimitasiya prosesinin tələbinə uyğun aparılacağını bildirmişdi.

Günel Musa \voicepress.az\