Litva parlamenti Ukraynada törədilənləri “soyqırım” kimi tanıyıb.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, 128 deputatın səsverməsi nəticəsində Rusiyanın Ukraynaya hücumu nətcəsində baş verən insan qətlləri “soyqrım” olaraq tanınıb. Qətnaməni əleyhinə səs verən və bitərəf olan olmayıb.
Qətnamədə qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri və muzdluları Ukrayna ərazisində, xüsusən Buça, İrpin, Mariupol, Borodyanka və Hostomeldə kütləvi hərbi cinayətlər törədiblər.
Sənəddə vurğulanıb ki, bütün günahkarlar məsuliyyətə cəlb edilməli və “beynəlxalq ictimaiyyət Rusiyanın cinayətlərini araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Cinayət Tribunalını yaratmalıdır”.
Parlament tribunalın beynəlxalq həbs qərarı vermək səlahiyyətinə malik olmasını və dövlət toxunulmazlığı və ya dövlət və hökumət başçılarının və digər dövlət məmurlarının toxunulmazlığı ilə məhdudlaşdırılmamasını tələb edir.
\voicepress.az\