İrəvanda keçirilən aksiyada etirazçılar prospekti bağladı

6 May, 14:18

Bu gün Ermənistan müxalifətinin İrəvanda keçirtdiyi aksiyada vəziyyət xeyli gərginləşib.

 Voicepress.az xəbər verir ki, Ermənistan mediasında yer alan xəbərlərdə İrəvanın Baqramyan prospektində müxalifətin etiraz aksiyası zamanı vəziyyət gərginləşib. Beləki etiraçıların prospekti tamamilə bağlaması  polislə etirazçılar arasında qarşıdurmaya səbəb olub.

Xatırladaq ki, dünən Ermənistanın Milli Məclisin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan mayın 6-da etiraz aksiyalarının saat 12-dən başlayacağını bildirmişdi.

Qeyd edək ki, mayın 2-dən etibarən İrəvanda etirazlar başlayıb. Hər gün bir neçə küçə bağlanır.

Günel Musa\voicepress.az\