Prezindent bu qanunda dəyişiklik etdi

6 May, 15:27

Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 508-VIQD nömrəli Qanununun tətbiqi barədə” fərman imzalayıb.

 Voicepress.az xəbər verir ki, fərmanda dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydasının hazırlanacağı və prosesin Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi qeyd olunub.

Nazirlər Kabineti dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etməlidir.