Litvalı jurnalist Ağdamdan yazdı: “Ey Ağdam, qəlbimi səndə var olan ən ülvi nemətlə doldur”

5 May, 16:18

Voicepress.az Litvanın məşhur fotoqraf və jurnalisti Riçards Lapaitisin Ağdamdan çəkdiyi fotoları təqdim edir.

Riçards Lapaitis: “Bəzən elə olur ki, insan özünə qapanmaq, qərq olmaq istəyir. Hətta bu vəziyyətin illərlə davam etməsini istəyirəm. Mən dəfələrlə sizə yardım etmək istədim, amma indi görürəm ki, bacarmıram. Mənim qanadlarım taqətini itirir. Amma hər zaman düşünürəm, bir gün işıqlı və əvəzolunmaz o  sabah mütləq gələcək. Və bəlkə mənim yolumu anlayacaq kimsə də, tapılacaq!

O anlarda düşünürəm ki, sona qədər bu yolu qətt etməyə dəyər… Axı uğurun qiyməti də, dəyəri də,  sadəcə ayağa qalxmağa insanın özü özlüyündə güc tapması və  o əlçatmaz hədəfinə doğru irəliləməyindədir…

Ey Ağdam, sənə xatirəm olsun! Axı təslim olmayan heç kəs üzərində qələbə çalmaq olmaz! Sənin olmayan heç bir şeyi götürmək olmaz! Əbədi olan heç bir şeyi məhv etmək olmaz! Mənim doğma şəhərim, sevimli şəhərim, – əgər mən sənə özümü qurban etsəm, xahiş edirəm ki, mənə ödünc də olsa güc verəsən! Ey Ağdam, qəlbimi səndə var olan ən ülvi nemətlə doldur…”

 

\voicepress.\