Rusiya prezident Vladimir Putinin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edəcəyi ilə bağlı iddiasını rədd edib.
Voicepress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov, Vladimir Putinin 9 May Qələbə Günü mərasimində Ukraynaya rəsmən müharibə elan edəcəyi ilə bağlı iddiasını “boş” adlandırıb.
Dmitri Peskov iddialarla bağlı açıqlamasında, “Belə bir şey yoxdur, tamamilə cəfəngiyyatdır” deyib.
Xatırladaq ki, bir müddətdir mətbuata da yansıyan xəbərlərdə Rusiyanın Ukraynada daha da irəliləmək üçün səfərbərlik elan etmək istədiyi və bu səbəbdən Ukraynada rəsmən müharibəyə başlayacağı iddia edilib. Xəbərdə Kiyev ətrafından geri çəkilərək qüvvələrini Ukraynanın şərqində cəmləşdirən və burada hücuma keçən Rusiyanın qələbənin ildönümü olan 9 May İkinci Dünya Müharibəsi gününə qədər Ukraynada böyük hərbi qələbə əldə etmək istədiyi bildirilib.
Qerğyd edək ki, fevralın 24-də Ukraynada “hərbi əməliyyat” əmri verən Putinin mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək mərasimdə çıxış edəcəyi gözlənilir.
Ülkər Fərmanqızı\voicepress.az\







