Dünyada əsasən uşaqlar arasında sürətlə yayılmağa davam edən mənşəyi məlum olmayan Heptait virusu İndoneziyada 3 uşağın canını aldı.
Voicepress.az xəbər verir ki, Bloomberg-in İndoneziya Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprel ayında ürəkbulanma, qusma, ishal, qızdırma və huşunu itirmə kimi əlamətlər olan uşaqlar paytaxt Cakartada xəstəxanaya yerləşdirilib. Müəmmalı hepatit virusu aşkarlanan 3 uşaq xəstəxanada dünyasını dəyişib. Ailələrdən bu simptomları olan uşaqlarını dərhal xəstəxanaya aparmaları tələb olunub.
Nazirlik, həmçinin xəstəliyə qarşı ümummilli sağlamlıq skrininqinin keçirilməsi ilə bağlı sirkulyar dərc edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ən azı 4 uşaq hepatitdən dünyasını dəyişib.
ÜST tədqiqatçısı Dr. Philippa Easterbrook, aprelin 29-da keçirdiyi mətbuat konfransında, bu günə qədər 16 ölkədə 1 aydan 16 yaşa qədər 170 uşaqda hepatit virusunun görüldüyünü açıqladı.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, bu rəqəm ən azı 190 olaraq göstərilir.
Virus aşkar edilən uşaqlarda son bir ayda sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomların olduğu, 16 uşağın ağır qaraciyər iltihabı səbəbindən qaraciyər transplantasiyası aparıldığı bildirilib.
Xəstəliyin “müəmmalı” və ya “səbəbi qeyri-müəyyən” olaraq təyin edilməsi Covid-19 virusunu ağla gətirdi, eyni zamanda yeni bir “qlobal epidemiya” ehtimalını gündəmə gətirdi.
Uşaqlarda aşağıdakı simptomların olub-olmadığını yoxlamaq və onların mövcudluğu aşkar edildikdə tibb müəssisəsinə müraciət etmək xahiş olunub:
– Daim qeyri-adi yorğunluq hissi
– iştahsızlıq
– Mədə ağrısı
– gözlərin və ya dərinin ağlarının sararması (sarılıq)
– Tünd sidik
– Solğun, boz rəngli nəcis (nəcis)
– Dərinin qaşınması
– Əzələ və oynaq ağrıları
– Yüksək hərarət
\voicepress.az\








