Qazprom Bolqarıstan və Polşaya təbii qaz tədarükünü tamamilə dayandırdığını açıqlayıb
Voicepress.az Rusiya mediasına istinadən xəbər verir ki, Qazprom Bolqarıstan və Polşaya təbii qaz nəqlini rublla ödəmə sisteminə uyğun gəlmədiyi üçün tamamilə dayandırdığını açıqlayıb. Polşanın ictimai enerji şirkəti PGNiG isə Rusiyanın təbii qaz nəqlini dayandırdığını təsdiqləyib və bu addımın müqavilənin pozulması kimi dəyərləndirib.
“Qazprom”dan verilən yazılı açıqlamada, aprelin 1-dən etibarən edilən sözügedən şirkətlərə daşınmalar zamanı rubulla ödəniş etmələrinin lazım olduğu bildirilərək, Bolqarısatan və Polşanın təbii qaz nəqlini bu səbəbdən tamamilə dayandırıldığı bildirilib.
Xatırladaq ki, “Qazprom” və Polşa arasında uzunmüddətli qaz müqaviləsi oktyabrın 1-də başa çatmalı idi və Polşa rəsmiləri müqavilənin uzadılmayacağını bildirmişdilər.
Polşa hökumətinin dünən verdiyi açıqlamada ölkənin qaza görə Rusiyaya rublla ödəniş etməyəcəyi və bütün risklərə hazır olduğu qeyd edilib.
Polşanın Rusiya qazından asılılığı 40 faiz olduğu üçün, ölkə bu asılılıqdan xilas olmaq üçün Norveç qazı və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə arxalanır.
\voicepress.az\








