Brüssel görüşündən sonra Paşinyandan növbəti təxribat

7 Aprel, 20:28

Ermənistan höküməti Azərbaycanın nəzarətində Ermənistana aid olan torpaqların olduğunu iddia etdi….

Voicepress.az-ın Rusiyanın “RİA Novosti” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya və Avropa İttifaqının sərhədin delimitasiyası və demarkasiyası işində Ermənistan və Azərbaycana kömək etməyə hazır olduğunu bıldırıb.

Məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Aİ Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasına yardım etməyə hazır olduqlarını bəyan edib.

“Rusiya Federasiyası sərhədin delimitasiyası və demarkasiyasına kömək etməyə hazır olduğunu bildirib, Aİ də kömək etməyə hazırdır və biz bu istiqamətdə irəliləməliyik”, – Paşinyan cümə axşamı hökumətin iclasında bu haqda deyib.

Paşinyan həmçinin İrəvanın mövqeyinin Ermənistanla Azərbaycan arasında de-yure sərhəd olduğunu və bu sərhədin sovet dövrünün mövcud sərhəd xətti olduğunu qeyd edib: “Sərhədin delimitasiyası ilə bağlı işə bu bəyanatla başlanılmalı və eyni zamanda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün tədbirlər görülməklə həll yoluna getməyə çalışmaq lazımdır”, – deyə Paşinyan nitqində bildirib.

Daha sonra Paşinyan yaradılan komissiyanın ikili mandata malik olacağını vurğulayaraq, -bunun delimitasiya ilə yanaşı, sərhəd perimetri boyunca təhlükəsizliyin və sabitliyin təmin edilməsi olduğunu qeyd edib. Paşinyan bu mövzuda müzakirələrin Rusiya Federasiyasının vasitəçiliyi ilə artıq bir ildir davam etdiyini əlavə edərək, hazırda belə bir kompromis əldə olunduğunu bildirib:

“Ermənistan Respublikasının Azərbaycanın nəzarətində olan əraziləri var, Azərbaycanın Ermənistanın nəzarətində olan əraziləri var və bu məsələlər danışıqlardan sonra, de-yure əsaslandırılmış bəyanatlar və faktlar əsasında həll edilməlidir. hüquqi əhəmiyyəti var”, – deyərək, Ermənistan hökumətinin başçısı yenə də, Azərbaycanın nəzarətində olan Erməni torpaqlarının olduğunu ifadə edir.

Xatırladaq ki, 6 aprel 2022 tarixində Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Ermənistan Nazirlər Kabineti bəyan edib ki, Brüssel görüşündən sonra Paşinyan və Əliyev öz Xarici İşlər Nazirliklərinə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hazırlığa başlamağı tapşırıb.

Qeyd edək ki, eyni zamanda 26 noyabr 2021-ci il tarixli Soçi razılaşmasına uyğun olaraq aprelin sonunadək Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə olunub.