Tanınmış bolqar sosioloqu: “Rusiya yeni siyasi güc qütbünə çevriləcək”

8 Aprel, 08:24

Bolqarıstan Rusiyanın yeni siyasi müstəvidəki rolundan danışıb.

Voicepress.az xəbər verir ki, tanınmış bolqar sosioloqu İvo Xristov Rusiyanın yeni siyasi müstəvidə güc qütbünə çevriləcəyini, Avropanı isə sadəcə geosiyasi iradəsinin olmaması ilə ittiham edib.

Sosioloqun sözlərinə görə, köhnə dünya nizamı artıq sona çatıb, ama yeni siyasi  müstəvi də hələ formalaşmayıb:

“Söhbət bildiyimiz formada kapitalizmin ləğvindən gedir. İnsanların mentalitetinin elektron şəbəkələr vasitəsilə ciddi şəkildə idarə olunduğu cəmiyyətdən. Gözümüzün qarşısında sözün həqiqi mənasında orta təbəqə deyilən təbəqə aradan götürülür. Problem odur ki, tarix sürətlənir”.

İvo Xristov Çin və Rusiyanın birləşməsinin ABŞ-ın hərəkətlərini nizamlaya bilən və onunla  rəqabət apara bilən yeganə vasitədir: “Mən deməzdim ki, bu növbəti birlik olacaq. Burada sadəcə ortaq maraqlar var. Rusiya və Çin status-kvonu dəyişmək niyyətində ola bilər. Bu ciddi bir əməkdaşlıq olacaq. Çünki qeyd etdiyim kimi maraqlar burada uzlaşır. Amma növbəti Varşava anlaşmasını burada gözləmək olmaz”.

Sosioloq hesab edir ki, belə olan halda makrobloklar qloballaşmanı əvəz edəcək, lakin onlar kristallaşana qədər dünya bir çox kalibrləmələrdən, o cümlədən münaqişələrdən keçəcək və Ukrayna sonuncu olmayacaq:

“Avropa elitaları eqoistdir, sırf Avropanın iqtisadi maraqlarına qarşı işləyirlər. Bütün bunlar “Rusiyadan totalitar asılılıqdan qurtulmaq” ideoloji paketində təqdim olunur. Nəticədə Avropa ABŞ arabasına möhkəm bağlanmış təkərə çevriləcək”, – deyə, bolgar sosioloqu qeyd edir.

Ülkər Fərmanqızı\voicepress.az\