Özünüzü iki gün küləkdən qoruyun

5 Aprel, 17:28

Bakıda küləkli hava aprelin 7-nə kimi davam edəcək. Arabir yağış yağacağı proqnazlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Voicepress.az-a verilən məlumata görə, aprelin 6-sı axşamdan 7-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 15-20 metr/saniyə olacağı, arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir. Aprelin 7-də arabir yağış yağacağı proqnozlaşdırılır. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Bildirilib ki, aprelin 6-sı axşam və aprelin 7-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.

Aprelin 5-i günün ikinci yarısından 7-si gündüzədək qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi bildirilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.