Çexiya Rusiya işğalına müqavimət göstərən Ukraynaya çoxlu sayda T-72 tankı və BVP-1 zirehli döyüş maşını göndərdi.
Voicepress.az xəbər verir ki, Çexiya televiziyası Çexiya Ukraynaya dəstək üçün Rusiya istehsalı olan T-72 tanklarını göndərildiyini açıqlayıb.
Çexiya televiziyası həmçinin BVP-1 zirehli döyüş maşınlarının da Ukraynaya göndərildiyini bildirib.
Xatırladaq ki, Çexiyanın Ukraynaya tank göndərməsi bir ilkdir.
Təxminən 50 il əvvəl Sovet İttifaqı dövründə istehsalına başlanan T-72 tankları hazırda Rusiya ordusunda da istifadə olunur.
BVP-1 zirehli döyüş maşınları isə Sovet İttifaqı dövründə Çexoslovakiyada istehsal olunan BMP-1-in lisenziyalı surətidir.








