Pakistandan Uyğur Türklərinə gözlənilməz həmlə

28 Mart, 12:38

Bu günlərdə Pakistan İslam Əməkdaşlıq Təşkilatı 48-ci Xarici İşlər Nazirləri tədbirinə ev sahibliyi edib. Belə ki, tədbirdə İslamafobiya, Əfqanistan, Kəşmir, Fələstin məsələləri müzakirə ediləcəyi öncədən məlum olub.
Bu isə bir çox Uyğur Türkləri tərəfindən birmənalı qarşılanmayıb.

Hər kəs Pakistan rəhbərliyini qınayaraq, Şərqi Türküstandakı Müsəlman Türklərə qarşı insan haqlarının pozulmasını və birmənalı olaraq 30 milyon Uyğur Türkünün fəryadını duymayan İslam ölkələrini də Qərb kimi ikili standartlar tətbiq etdiyini ifadə edir.
Türkiyədə təhsil alan bir çox uyğur tələbələr və sosial medyada apardığımız sorğulara əsasən Uyğur Türkləri iddia edir ki, onların yerində “Ərəb” və ya “Xristianlar” olsaydı, daha xoşbəxt bir həyatları ola bilərdi. Yəni Uyğur Türklərinin fikrincə bu əziyyəti çəkmələrinin tək səbəbi onların Türk olmalarıdır. Çünkü bu gün beynəlxalq arenada sözün əsil mənasında Türklərə qarşı açıq aydın ikili standartlar tətbiq edilir.
Məsələ ilə bağlı Türk Dünyası, xüsusilə Şərqi Türküstan üzrə tədqiqatçı, Avrasiya Türk Dərnəkləri Federasiyasının Qurucu sədri İsmayil Çingiz münsaibət bildirərkən, Pakistanda keçirilən İƏT tədbirində müzakirə edilən mövzular arasında Şərqi Türküstan, Uyğur Türkləri məsələsinin nə üçün müzakirə edilmədiyinin səbəbini açıqladı.

İsmayil Çingizin sözlərinə görə, Pakistanda keçirilən İslam Əməkdaşlıq Təşkilatının 48 ci Xarici İşlər Nazirləri toplantısında 57 müsəlman ölkə ilə bərbər Çinin Xarici İşlər Naziri iştirak edib: “Quran oxunaraq, açılıb bağlanan İslam ölkələrinin bu tədbirinə əcaba bu kafir Çini kim dəvət edib? Bir Allahın bəndəsi bu məclisdə Uyğur Türkünə illərdir əziyyət edən Çinin təmsil olunmasına necə izin verdi? Niyə görə heç kəs reaksiya vermədi? Axı dəfələrlə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun xəbərdarlığına baxmayaraq, Uyğur Türkləri mövzusu gündəmə belə gətirilmədi. Budur müsəlmanın vəziyyəti…”

İsmayıl Çingizin sözlərinə görə, tədbirdən öncə dəfələrlə bir sıra dövlətlərin rəsmilərinə çağırışlar edərək, Şərqi Türküstan məsələsinin gündəmə gətiriməsini istəmələrinə rəğmən, bu çağırışlara heç bir reaksiya verilməyib: “Biz tərbirdən öncə Doğu Türküstan Sürgün Hökuməti olaraq, Doğu Türküstan Milli Mərkəzi olaraq, Şərqi Türküstan Konqresinin qərarı ilə qurulan Doğu Türküstan Həmrəylik Dərnəyi olaraq Türkiyə, Səudiyyə Ərəbistanı, İndoneziya və Malayziya nümayəndələrini Şərqi Türküstan, Uyğur Türkləri məsələsi ilə bağlı biganə qalmamağa çağırdıq. Onlara dəfələrlə səslənərək, Pakistanda keçirilən toplantıda Şərqi Türküstan məsələsini gündəmə gətirmələrini istədik… Amma bu çağırışlara məhəl qoyulmadı. Çin kafirinə qucaq açıldı. Müsəlman ölkələr də buna göz yumdu…”

P.S.
Biz hər zaman Qərbi ikili standartlar tətbiq etməkdə qınayırdıq. Amma əfsuslar olsun ki, İslam təşkilatları da laqeydlik və ikili stnadartlar tətbiq edir. Unutmamalıyıq, axı İslam təşilatları İkinci Qarabağ Müharibəsi zamanı da səssizliyini qorudu. Hətta bir sıra İslam Ölkələri İşğalçı Ermənistana da dəstəyini açıq şəkildə nümayiş etdirirdi…

Ülkər Fərmanqızı \voicepress.az\