Sallivan: Rusiyaya görünməz alətlərlə cavab verəcəyik!

21 Fevral, 23:48

Rusiyanın ABŞ infrastrukturuna etdiyi kiberhücuma bir neçə həftə ərzində cavab verilə bilər.

VOİCEPRESS xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Sallivan deyib.

O bildirib ki, cavab tədbirləri yalnız sanksiyalarla məhdudlaşmayacaq:

“Cavaba bir neçə görünən və görünməz alətlər daxil olacaq”.