Suriyada Bəşər Əsəd qüvvələrini dəstəkləyən Rusiya İdlibdə yeni həmləyə başlayıb.
VOİCEPRESS xəbər verir ki, Rusiya hərbi təyyarələri Hama rayonunun qərbindəki Sarmaniye kəndinə zərbələr endirib.
Qeyd edək ki, Hama İdlibin cənubunda yerləşir. Rusiyanın Hama ilə yanaşı Suriyada başqa nöqtələri də vurduğu bildirilir.








