Suriyanın Təl-Əbyad şəhəri Türkiyənin nəzarətinə keçdi

10 Oktyabr, 21:55

Suriyanın Təl-Əbyad şəhəri Türkiyənin nəzarətinə keçdi

Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib.

VOICEPRESS-ın məlumatına görə, hazırda Türkiyə Ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir.

Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

VOICEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here