DƏYƏRLİ İNSANI TANIYAQ
Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası idarə Heyyətinin sədri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədridir.
Azərbaycan Respublikasının Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür. Azərbaycan Respublikası veteranlar Şurası İdarə Heyyətinin üzvüdür.
1967-ci ildən Azərbaycan xalq Təsərrüfatı intstitutunda laborant,baş laborant, müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri,prorektor vəzifələrində çalışmışdır. 1994-1998-ci illərdə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi baş Qiymətlər İdarəsinin rəisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləmişdir. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Qiymət və Qiymətləndirmə kafedrasının müdiri, Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində itki və təlafatın qiymətləndirilməsi üzrə işçi qrupunun rəhbəri vəzifəsini icra edib.
Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı omuşdur. Hal-hazırda 66 saylı Biləsuvar seçki dairəsindən seçilmiş millət vəkilidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Cənubi Afrika Respublikası, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Azərbaycan Sosial Rifah Partiyasının sədridir.
Evlidir, 5 övladı var.
Ü. Fermanqızı
VOİCEPRESS








