VOİCEPRESS.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
“Venesuela hökuməti beynəlxalq ictimaiyyətə ABŞ-ın prezident Nikolas Maduronun qanuni və demokratik hökumətinə qarşı daha bir dövlət çevrilişini təşkil etməsi cəhdi haqqında bildirir”, – deyə hökumətin bəyanatında qeyd edilir.
Xarici siyasət idarəsindən bildiriblər ki, ABŞ bu ölkədə demokratik institutlar və digər təşkilatlar vasitəsilə dövlət çevrilişi təşkil etməyə çalışıb.
Venesuela XIN-dən həmçinin qeyd edilib ki, Amerika tərəfi ona tabe olan regionun hökumətlərinə Venesuela xalqına qarşı blokadanın genişləndirilməsi göstərişlərini verir.
Daha əvvəl Venesuelanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Latın Amerikasının digər dövlətlərinə qarşı təzyiq və şantajdan istifadə yolu ilə Karakasın daxili işlərinə qarışmaqda ittiham edib.
VOİCEPRESS.AZ







