İranda zəlzələ zamanı zərər çəkənlərin sayı 75 nəfərə çatıb

0
314009

İranda zəlzələ zamanı zərər çəkənlərin sayı artıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, ölkənin İraqla sərhədində baş vermiş zəlzələdən sonra tibbi yardım göstərilənlərin sayı 75 nəfərə çatıb. Onlardan biri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ölkənin Fövqəladə Vəziyyətlər üzrə Departamentinin nümayəndəsi Mojtab Xalidi daha əvvəl bildirib ki, həmin insanlardan heç biri zəlzələdən zərər çəkməyib, onlar yeraltı təkanlar baş verən vaxt qorxu və qaçış zamanı xəsarət alıblar.

Xatırladaq ki, İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here