Afrində 11 nəfər həlak oldu

19 Mart, 14:18

“Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusu və ASO-nun terrorçulardan azad etdiyi Afrində Əhməd Şahavi küçəsində yerləşən 4 mərtəbəli binada partlayış baş verib.

VOİCEPRESS.AZ xəbər verir ki, partlayış ASO döyüşçülərinin sözügedən binada axtarış apardığı zaman qabaqcadan quraşdırılmış partladıcının işə düşməsi nəticəsində meydana gəlib.

Hadisə nəticəsində 7 mülki şəxs və 4 ASO üzvü olmaqla, ümumilikdə 11 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, TSQ və ASO ötən gün Afrini terrorçulardan təmizləyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here