Fövqəladə Hallar Nazirliyi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq

17 Mart, 14:22

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

VOİCEPRESS.AZ FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirlik Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və nəticələrinin çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here