Poroşenko ABŞ-a təşəkkür etdi

27 Yanvar, 09:02

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə görə Birləşmiş Ştatlara minnətdarlığını bildirib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə o, ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşdən sonra Tvitterdə yazıb.

“ABŞ-ın BMT Təhlükəsizlik Şurasında tam dəstəyinə və Rusiyaya qarşı sanksiyalar siyasətinin davam etdirilməsinə görə minnətdaram”, – deyə o bildirib.

Poroşenkonun sözlərinə görə, onlar Tillerson ilə müdafiə və təhlükəsizlik sahəsində koordinasiya barədə razılığa gəliblər.

Xəbər verildiyi kimi, ABŞ Ukraynadakı vəziyyət səbəbindən Rusiyaya qarşı sanksiyaları genişləndirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here