Hami Aksoy: ” Tramp bu ağılla regiona sülh gətirə bilməz”

27 Yanvar, 08:57

ABŞ Prezidenti Donald Trampın Davos forumunda İsrail-Fələstin münaqişəsi və Qüdsün statusu ilə bağlı açıqlamaları göstərdi ki, o şəxs və ətrafı regionun gerçək durumundan və problemin nədən qaynaqlandığından xəbərsizdir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Təktərəfli qərarlarla problemin həlli mümkün olmayacaq. Yəni, tərəflərdən sadəcə birinin istəklərini yerinə yetirib, digərini təcrid etmək, yaxud cəzalandırmaqla problem həll edilməyəcək. Natamam və bəsirətsiz dünyagörüşü ilə vasitəçiliyin həyata keçirilməsini gözləmək sadəlövhlükdür”, – XİN sözçüsü bildirib.

Qeyd edək ki, Tramp Davos çıxışında İsraillə sülh sazişi imzalanmayacağı təqdirdə Fələstinə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here