Şəhriyar Məmmədyarov II turu qələbə ilə başa vurub

15 Yanvar, 09:11

Şəhriyar Məmmədyarov şahmat üzrə “Tata Steel Chess” superturnirinin ikinci turunu qələbə ilə başa vurub.

VOİCEPRESS.AZ bildirir ki, turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.

33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub. Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib.

Qeyd edək ki, sabah Şəhriyar Məmmədyarov üçüncü tur çərçivəsində ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here