Hindistanda qayıq aşdı: 40 məktəbli dənizə düşdü

13 Yanvar, 17:47

Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, qəza nəticəsində azı 4 uşağın öldüyü barədə xəbər verilib.

Məlumata görə, insident vaxtı qayıqda 40 uşaq olub, 25 nəfəri xilas etmək mümkün olub.

Digər uşaqların taleyi məlum deyil. İtkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here