İndoneziyada zəlzələ: Sunami xəbərdarlığı edildi

15 Dekabr, 23:12

İndoneziyanın Yava adasında 7.3 bal gücündə zəlzələ baş verib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə İndoneziya Metereologiya Agentliyi məlumat yayıb.

Zəlzələ ocağının 105 km dərinlikdə Tasikmalaya şəhərindən cənub-şərqdə meydana gəldiyi bildirilib.

Yeraltı təkanlar qonşu Sulavesi adasında da hiss edilib.

Dağıntı və tələfat haqqında məlumat verilməsə də, sunami təhlükəsi elan edilib.

Qeyd edək ki, ABŞ Geologiya Mərkəzi zəlzələnin 6.5 maqnitudalı olduğunu bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here