BMT Ər-Riyadı qara siyahıya saldı

5 Oktyabr, 17:07

BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını Yəməndəki insan haqlarını pozanlarla bağlı tərtib etdiyi qara siyahıya salıb.

VOİCEPRESS xəbər verir ki, təşkilat koalisiyanın fəaliyyəti nəticəsində Yəməndə keçən il 683 uşağın öldüyünü bildirib. Üstəlik, koalisiyanın bombardmanı ucbatından 38 xəstəxana və məktəb dağılıb.

Qeyd edək ki, koalisiyanın bu siyahıya əlavə edilməsi məsələsi uzun müddətdir BMT-nin gündəmində yer almışdı. Keçən il koalisiyanı buraya əlavə etmələrinə baxmayaraq, sonradan bu qərar ləğv edilmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here