İŞİD maliyyə vəsaitlərini Avropa ölkələrinə köçürür

13 Sentyabr, 15:04

İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmisi Dmitri Feoktistov bildirib.

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki, qeydə alınır.

O əlavə edib ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here